Lusi

Lusi Hekayələr 27-09-2017, 18:27

Jasmin - BöLüm 14

Jasmin - BöLüm 14




Jasmin (Tərk Edildim) BöLüm 14



Ama o məni eşitmirdi sadəcə qapını çırpıb getdi gözlərimdən bir neçə damla yaş yanaqlarımdan aşağı doğru süzüldü.

1 Gün sonra Rüstamdan

Gözlərim açılırdı ama başım hərlənirdi ətrafı aydın görə bilmirdim.Var gücümü toplayıb qışqırdım

Mən:Cahitt

Bir neçə saniyə sora Cahit içəri girdi

Cahit:Sonunda özünə gəldin Rüstam çox qorxduq.

Mən:Jasmin hardadı?

Cahit:Bilmirəm buralarda olar

Mən:Nə vaxt görmüsən onu sonuncu səfər?

Cahit:Dünəndən sonra görməmişəm

O vaxt anladım ki gördüklərim yuxu deyildi.

Mən:Getdi getdi Jasmin getdi

Ağlamaqa başladım yaralarımın ağrısını unutmuşdum belə, qəlbimin ağrısı məni məhv edirdi

Cahit:Sakit ol Rüstam hara getdi Jasmin?Anlamadım ki, taparıq indi sən sakit ol

Zorla ayağa qalxmaq isdədim ama bacarmadım dizlərim tutmurdu.Cahit qışqırıb həkimləri çağırdı

Cahit:Sakitləşdirici vurun bir neçə saat oyanmasın

1 il sonra (Ümumi)

Bu arada olanlar barəsində danışım əzizlərim:Jasminin gedişindən bir il ötmüşdü.Rüstamin isə sadəcə cismi yaşayırdı ruhu Jasminlə birlikdə getmişdi.Onu hər yerdə axtaran Rüstam artıq bezmişdi.Heç bir yerdə yox idi Jasmin.

Rüstam-dən

Maşını qapının önündə saxladım telefonu çıxarıb zəng elədim

Mən:Mən evin önündəyəm nə qədərə gələrsən?

Sofiya:İndi enirəm Rüstam

Dedi və telefonu qapatdı.Bir neçə saniyə sonra qapıdan çıxdı son dərəcə gözəl idi və çox gözəl geyinmişdi.Görüşdükdən sonra dedim

Mən:Çox gözəlsən Sofiya

Sofiya:Təşəkkürlər Rüstam səndə həmişə ki, kimi çox centlimen,alicənab və yaraşıqlısan

Üzümdə təbəssüm oyandı.Jasmin gedəndən sonra ilk dəfə isdəyərək gülürdüm

Mən:Gedə bilərik?

Sofiya:20 dəqiqəmiz var yeməyə,Tələssək yaxşı olar

Bütün yol boyu kefimi açmaq üçün əlindən gələn hər şeyi etdi.Nəhayət çatdıq içəri keçdik bu yemək bizim üçün çox əhəmiyyətli idi burda imzalacaq sənəd şirkətlərimizin gələcəyi demək idi.Bütün ortaqlarımız burda idi hamı əyləşdikdən sonra danışmağa başladım.Sözlərimin sonunda hamı sənədi növbə ilə imzaladı.Yemək bitdikdən sora hamı getdi.

Sofiya:Bu gün sənin bacarıqlarının içərisinə biri daha əlavə oldu.

Mən:Nə Sofiya?(Gülümsəyərək)

Sofiya:Sən sözlərinlə isdənilən adamı ovsunlaya bilirsənmiş)

Mən sənədləri çantama qoya-qoya dedim bu günə nəsə bir işin var?

Sofiya:Məncə yoxdur əgər varsada təxirə salaram)

Mən:Bizə getməyə nə deyirsən?Tək qalmaq isdəmirəm

Sofiya:Əlbətdə Rüstam biz dostuq nə zaman isdəsən

Maşına əyləşib evə gəldik.İçəri keçib işıqları yandırdım,Bax buda mənim evim dedim

Sofiya:Gözəldir Rüstam zövqünə heyranam

Mən:Səndə mənim hər şeyimə heyran qalırsan ha neyniyəcik?)

Sofiya gülümsədi).Mətbəxə keçib 2 kofe düzəltdim.Ona tərəf uzatdım

Mən:İçirsən?

Sofiya:Çox sağol canım zəhmət oldu

Mən:O nə sözdür bura sənində evindir

Kofedən bir neçə qurtum içəndən sonra Sofiya dedi

Sofiya:Niyə mənə bu qədər güvənirsən?

Mən:Güvənəcək çox dostum yoxdur Sofiya

Sofiya:Ondan hələdə bir xəbər yoxdu Rüstam?

Mən:Yox heç yerdə yoxdu

Gözlərim dolmuşdu.Sofiya yanıma gəlib əyləşdi

Sofiya:Hey "Yaşıl Gözlü" Heçnə sənin ağlamağına səbəb ola bilməz.

Mən isə yumruğumu sıxıb hönkürməmək üçün özümü zorla saxlayırdım.Sofiya əlini üzümə qoyub dedi Rüstam mənə bax.Üzümü ona tərəf çevirdim

Sofiya:Məgər biz dost deyilik?Mənimlə danışa bilərsən ürəyini boşalda bilərsən

Mən:Bir şey isdəyə bilərəm?

Sofiya:Əlbətdə buyur

Mən:Saçlarıma sığal çəkə bilərsən?

Sofiya:İsdədiyin bu olsun təki

Başımı onun dizlərinə qoyub uzandım.Saçlarıma sığal çəkməyə başladı

Mən:Geri dönəcəkmi?

Sofiya:Səni sevirsə mütləq dönəcək

Mən:Mən axı neynəmişəm?Niyə mənim başıma bunlar gəlir?

Sofiya:Şşşş sakit ol gözlərini qapat.Elə düşün ki,Səhər gözlərini açanda o yanında olacaq

Gözlərimdən yaşlar süzülürdü.Ama gözlərimi açıq saxlaya bilmirdim qapanırdı.

Sofiyadan

Bir neçə dəqiqə sonra Rüstam yatmışdı.Bütün gecəni onun saçlarına sığal çəkərdim.Ama səhər nə fikirləşərdi bilmirəm ?Ona görədə ehtiyatla rüstamin başını dizlərimdən götürdüm.Başının arxasını hündür edib üsdünü örtdüm.Necə şirin-şirin yatırdı.Yanına yaxınlaşıb üzündən öpdüm.Kağız götürüb yazdım:Canım sənə şirin yuxular mən isə gedim səhər səni gözləyəcəm şirkətdə sürprizim var)))

Cahitdən

Qapı döyülürdü Buyurun dedim.İçəri Cavidan girdi əyləşməsi üçün yer göstərdim

Mən:Buyur Cavidan?

Cavidan əlində ki cd- ni mənə uzatdı

Mən:Bu nədir?

Cavidan:Uşaqlardan birinə veriblər Jasminlə bağladı.Deyiblər ki Rüstama çatacaq Jasminlə bağlı olduğu üçün dedim əvvəlcə sən bax

Mən:Doğru düşünübsən görək burda nə var belə

Noutbuku açıb cd ye girdim bir video idi.Yox bu ola bilməzdi yox.Rüstam bunları görsə məhv olardı




MüəLLif: Джиган(А л и)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
788 857 802 767 820 704

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.