ice berg

ice berg Məşhurlar 23-09-2025, 18:00

Ceki Çanın yeni filmi reytinqlərdə birincidir - DETALLAR

Ceki Çanın yeni filmi reytinqlərdə birincidir - DETALLAR

Ceki Çanın baş rolda oynad;]; kriminal triller “Kənar kölgə” ardıcıl dörd həftəsonu Çin kassalarında birinci yerdədir və Busan Beynəlxalq Film Festivalında premyerası gözlənilir.

 

Loading.aZ xarici mediaya istinadla bildirir ki, rejissor Larri Yan açıqlamasında filmin 85-90 faizinin tamamilə yeni material olduğunu, hekayəyə süni intellekt elementləri əlavə etdiyini bildirib.

 

“Mən orijinalı kopyalamaq istəmirdim – bu, yeni baxışdır,” - o qeyd edib.

 

Yan döyüş səhnələrinin insanı və emosional olduğunu, xüsusi effektlərə deyil, atmosferə önəm verdiyini deyib. 10 milyon dollarlıq büdcə ilə film “Logan” səviyyəsində dinamik səhnələr təqdim edir.

 

Toni Lunq Ka-fay yenidən filmdədir, amma bu dəfə daha emosional rolda çıxış edir. Prodüser Viktoriya Xon bildirib ki, əsas çətinlik Çində aksion janrın dəbdə olmadığı vaxtda investorları inandırmaq olub. “Ssenari Çanı və Lunqu cəlb edən əsas səbəb oldu,” – o vurğulayıb.

 

Filmin çəkilişləri 84 gün davam edib, əsas səhnələr Makao Qülləsində lentə alınıb. Yan artıq davam filmi üzərində düşünür və gələcəkdə elmi-fantastika və tarixi dram janrlarını sınamaq istəyir. Film Busan premyerasından sonra beynəlxalq uğur üçün testdən keçəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
194 191 212 246 179 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.