ice berg

ice berg Şeirlər 15-02-2026, 22:22

Heyif o günlərdən,nə bəxtiyardıq

Heyif o günlərdən,nə bəxtiyardıq

☘️⚖️📖🌹

Səninlə danışıb deyib,gülərdik,

Heyif o günlərdən,nə bəxtiyardıq.

Dərd-səri həmişə yarı bölərdik,

Heyif o günlərdən,nə bəxtiyardıq.

☘️⚖️📖🌹

Niyə arzularım kama yetmədi? 

Zaman aciz qaldı, həsrət bitmədi,

Xəyalın gözümdən bir an getmədi,

Heyif o günlərdən,nə bəxtiyardıq.

☘️⚖️📖🌹

Həyat xoşbəxtliyi əlimdən aldı,

Firavan ömrümdə dərd yuva saldı,

Qəlbim tənhalıqdan viranə qaldı,

Heyif o günlərdən,nə bəxtiyardıq.

☘️📖🌹⚖️

Bizi ayrı saldı bu zalım fələk,

Adını çəkəndə sızlayır ürək,

Boş xatirələrlə ovunuram tək,

Heyif o günlərdən,nə bəxtiyardıq.

📖🌹☘️⚖️

Həsrətdən doymuşam,gözlərim toxdur,

Bu qərib könlümün kədəri çoxdur,

Artıq yaşamağın,mənası yoxdur,

Heyif o günlərdən,nə bəxtiyardıq.

 

📘🌹📖Gülnarə Kazımova

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
233 188 193 188 169 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.