ice berg

ice berg Şeirlər 4-03-2026, 22:00

Nə qaldı ölümdən əziz?!.

Nə qaldı ölümdən əziz?!.

Bilmirəm yuxuydu,nəydi,

Bu dünya qırmızı geydi,

Saçlarıma bir əl dəydi

Anamın əlindən əziz.

Bir dostum,arxam olmadı,

Mənsiz darıxan olmadı,

Ha yandım,baxan olmadı,

İndi yox külümdən əziz.

Bir adayam,qərib ada,

Doğmalarım döndü yada,

Daha mənə bu dünyada

Nə qaldı ölümdən əziz?!.

Ramiz Rövşən.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 195 181 215 178 188

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.