ice berg

ice berg İdman 5-03-2026, 10:00

Yamal əsrlik rekordu qırdı

Yamal əsrlik rekordu qırdı

"Barselona"nın 18 yaşlı hücumçusu Lamin Yamal İspaniya La Liqasında yeni rekord müəyyənləşdirib.

 

Loading.aZ xəbər verir ki, bu haqda transfermarkt.es məlumat yayıb.

 

Yamal bunu 26-cı turda "Vilyarreal"la görüşdə het-trik etməklə bacarıb. Forvard cari mövsüm yerli çempionatdakı qollarının sayını 13-ə çatdırıb. Bununla da o, La Liqada 19 yaşdan kiçik oyunçular arasında 1 mövsümdə ən çox qol vuran futbolçu adını qazanıb. Yamal 1929/30 mövsümündə Xose İraqorrinin imza atdığı rekordu qırıb. Hməni vaxt əfsanəvi ispaniyalı 12 qol vurmuşdu.

 

2025/26 mövsümündə Yamal bütün turnirlərdə 34 oyun keçirib, 18 qol vurub və 14 məhsuldar ötürmə verib. 

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
155 166 156 169 210 199

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.