♥Мой Мир♥

♥Мой Мир♥ Maraqlı 8-12-2015, 18:27

Əgər xarakter sağlamdırsa

Əgər xarakter sağlamdırsa

Bir günü o birisi gününə, saatı dəqiqəsinə uymayan insanlar vardır... Bir baxarsınız ki, olduğu mühitdə olduqca sevincli, gülər üzlü ikən, sabah eyni mühitdə qəzəbli, azğınlıq yaradan bir insandır. Hər şey istədiyi istiqaməətdə inkişaf etdiyi zaman xoşbəxt, əks bir vəziyyətlə qarşılaşdığı zaman da kədərli olub, dəyişik xarakter sərgiləyə bilər. Necə deyərlər: "Hərdəmxəyal insan, balanssız şəxsiyyət". Belə də adlandıra bilərik bu tərz insanları... İnsanıq... Həmişə xoşbəxt olacağıq, bütün hadisələr istıdiyimiz kimi cərəyan edəcək deyə bir şey yoxdur. Bəzən sıxıntı, çətinlik, xəstəlik və müvəffəqiyyətsizliklərlə qarşılaşa bilərik. Bəzən də heç ümid edə bilmədiyimiz qədər gözəl inkişaf edə bilər hadisələr. Çox kiçi k yaşlardan etibarən başlayan şəxsiyyətin formalaşması, yaşanılan hər hadisə ilə birlikdə davamlı inkişaf edər və bir müddət sonra şəxsiyyət öz yerin taöpıb, oturar... İnsanlar arasında söylənilən bir söz vardır: "Sağlam xarakterli və yaxud xarakteri pozğun, zəif insan"... Şəxsiyyəti formalaşmış insanlar sağlam xarakterli, etibarlıdırlar. Digər insanlarla münasibətlərinin normal olaraq davam etdirərlər. Xarakter və şəxsiyyət tərifləri yoldaş mənalarda işlədilər. Xarakter- insana uyğun duyğu və düşüncələrin, tutum və davranışların bütünüdür. Fərdi xüsusiyyətləri içində yaşanılan mühitin dəyər mühakimələri və əxlaq qaydalarından meydana gələr. İctimai dəyərlər və əxlaq qaydaları, uşaqlıqdan etibarən mənimsənərsə, xaricdən "xarakterli" olaraq adlandırılır. Sağlam xarakterli bir insan, şərtlər hər nə olursa olsun, nə cür çətinliklərlə ya da nə cür varlıqla qarşılaşırsa, qarşılaşsın, şəxsiyyətindəki xüsusiyyətlərdən heç bir şəkildə güzəşt etməz.
Fədakardırsa hər zaman fədakardır... Təvazökardırsa, hər zaman təvazökadır... Hörmətli isə, həmişə hörmətlidir. Nümunə: Hər zaman çalışqanlığı, köməksevərliliyi, gülərüzlü olması ilə tanınan bir insan o gün içərisində iş yerində bir sıra mənfiliklər yaşasa da, xarakterində dəyişiklik olmaz. Aqresifləşib, azğınlıq yaratmaz... başqa bir şəxsiyyətə bürünməz. İnsanın hər zaman eyni ruh halında ola biləcəyini söyləmək əlbəttə ki, doğru olmaz. Lakin nə yaşadıqları çətinliklər, nə əldə etdikləri müvəffəqiyyətlər, nə fəsil dəyişiklikləri, şəxsiyyət sahibi insanların xarakterini dəyişdirməz. Əgər hər dəyişən hadisə ilə birlikdə, dəyişən bir xarakter varsa ortada, bir anormallıq olduğunu rah atlıqla dilə gətirə bilərik. Çünki belə insanların nə zaman necə davranacaqları, nəyə necə qarşılıq verəcəkləri bilinməz... Bu səbəblə də etibarlı, güvəniləsi deyildirlər. Bu tərz insanlarla eyni mühiti paylaşmaq dahi narahatlıq verər. Bugün ayrıca, dəyişkən ruh elmi və cəmiyyət elmlərinin hamısı xarakterin meydana gəlməsilə, vicdanın arasında sıx bir bağlılığın olduğunu vurğulamaqdadır. Nəticə: "Baca əyri olsa da, dumanı doğru çıxar." İnsan nə şərtdə, hansı mühitdə olursa olsun, sağlam bir xarakterə sahibdirsə, mənfi ya da müsbət heç bir şərtdə, xarakteri pozulmaz. Vicdan varsa, xarakter sağlamdır. Hər zaman özünü tanı, özün ol, dəyişmə, öz şəxsiyyətinə bürün. Və asan dəyişə bilən insandan hər daim uzaq dur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
707 794 712 685 695 675

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.