ice berg

ice berg İdman 20-05-2026, 08:00

"Arsenal" 22 il sonra çempion oldu

"Arsenal" 22 il sonra çempion oldu

İngiltərə Premyer-Liqasında sona bir tur qalmış çempion bəlli olub.

 

Loading.az xəbər verir ki, çempionun adına “Bornmut” - “Mançester Siti” qarşılaşmasından sonra aydınlıq gəlib.

 

Görüş 1:1 hesabı ilə qurtarıb.

Meydan sahiblərinin qolunu 39-cu dəqiqədə Eli Krupi vurub. 90+5-ci dəqiqədə Erlinq Haaland hesabı bərabərləşdirib.

 

Beləliklə, “Mançester Siti” 37 oyundan sonra 78 xal toplayaraq, lider “Arsenal”a (82 xal) çatmaq şanslarını itirib və "topçular" 22 il sonra yenidən çempionluqlarını rəsmiləşdirib. 

 

"Bornmut" isə 56 xalla 6-cı yerdədir və gələn il Çempionlar Liqasında oynamaq üçün şanslarını qoruyur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
95 100 135 91 104 100

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.