Ulyaa

Ulyaa Mətbəx 25-06-2026, 21:00

Dana jambonlu sendviç

Dana jambonlu sendviç

Dana jambonlu sendviç praktik hazırlanması ilə səhər yeməkləriniz və nahar fasilələriniz üçün dadlı bir seçimdir. Zeytun yağı ilə yumşaldılmış labnə pendiri və təzə tərəvəzlərin uyumu bu sendviçi olduqca doyurucu edir.

Loading.az lazım olan ərzaqları təqdim edir:

Yarım ədəd turş mayalı baqet çörəyi

4 dilim dana jambonu

5 yarpaq qıvırcıq kahı

4 dilim pomidor

4 dilim kaşar pendiri

Sous üçün:

2 xörək qaşığı labnə pendiri

1 xörək qaşığı zeytun yağı

Hazırlanması:
Labnə pendirini bir qaba alıb çəngəllə əzərək yumşaldın. Üzərinə zeytun yağını əlavə edib hamar bir kıvam alana qədər qarışdırın.

Baqet çörəyini uzununa iki yerə bölün və iç hissələrinə hazırladığınız labnəli sousu bərabər şəkildə çəkin. Qıvırcıq kahının yarısını yerləşdirib üzərinə pomidor dilimlərini düzün. Pomidorların üzərinə iki dilim kaşar pendiri və dana jambonlarını əlavə edin. Sonda qalan kaşar pendirini, qıvırcıq yarpaqlarını və qalan pomidor dilimlərini də əlavə edib çörəyin qapağını bağlayın.

Hazırladığınız sendviçi dərhal təzə halda servis edə bilər və ya daha sonra istehlak etmək üçün sendviç kağızına büküb paketləyərək yanınızda apara bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
100 111 87 87 92 99

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.