cabir

cabir Xəbərlər 4-09-2026, 18:00

Çin İranı, yoxsa öz gələcəyini müdafiə edir? - Hörmüzün arxasındakı əsas səbəb

Çin İranı, yoxsa öz gələcəyini müdafiə edir? - Hörmüzün arxasındakı əsas səbəb

ABŞ-ın Şimali Karolina ştatının Eşvil şəhərində sentyabrın 1-2-də G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı keçirilib. Görüşün diqqət çəkən məqamlarından biri Çinin Hörmüz boğazından "azad, təhlükəsiz və proqnozlaşdırılan" keçidi tələb edən mətnə qoşulmaması olub. Digər G20 üzvləri bu müddəanı dəstəkləsə də, Pekinin etirazı səbəbindən yekun birgə bəyanat üzrə konsensus əldə olunmayıb.

Mövzu ilə bağlı                 Loading.Az                       

-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əslində, Pekinin əsas məqsədi İranı nəyin bahasına olursa-olsun müdafiə etmək deyil. Ümumiyyətlə, Çin Hörmüz boğazının bağlanmasında maraqlı tərəf də deyil. Əksinə, dünyanın ən böyük enerji idxalçılarından biri kimi Pekin boğazın açıq və təhlükəsiz qalmasını istəyir. İranın Hörmüz üzərindən enerji axınını təhlükə altına atması Çinin öz iqtisadi maraqlarına da ciddi zərər vura bilər:                 

"Çin məsələyə daha geniş rakursdan yanaşır. İran Pekin üçün həm tərəfdaş, həm də strateji vasitədir. Hər şeydən əvvəl, İranın zəifləməsi Yaxın Şərqdə Vaşinqtonun mövqelərini gücləndirə, Çinin enerji və geosiyasi maraqlarını daha həssas vəziyyətə sala bilər. Buna görə də Pekin Tehranın tamamilə təcrid olunmasını istəmir. Nəticə etibarilə, Çin İrana ABŞ-İsrail tandemi ilə gərginlik fonunda həm pərdəarxası hərbi, həm də beynəlxalq arenada siyasi-diplomatik dəstək verir.

Pekin Hörmüz boğazının açıq qalmasını dəstəkləyir, lakin bunun üçün yaradılan siyasi və hüquqi çərçivənin yalnız ABŞ tərəfindən müəyyənləşdirilən model əsasında formalaşdırılmasını istəmir.

Məsələnin bir də Tayvan detalı var. Çünki bu gün Hörmüzlə bağlı qəbul edilən yanaşma sabah Tayvan məsələsində də presedent kimi istifadə oluna bilər. Reallıq ondan ibarətdir ki, İran böhranının bir gün başa çatması, Hörmüz boğazının yenidən açıq və sabit vəziyyətə qayıtması mümkündür. Lakin ABŞ-ın strateji boğazlarda hərbi iştirakını legitimləşdirən beynəlxalq yanaşma formalaşarsa, bu, Çinin qarşısında uzun illər qala biləcək geosiyasi reallığa çevrilə bilər.

Sadə formada desək, Vaşinqton gələcəkdə "beynəlxalq ticarət və naviqasiya üçün həyati əhəmiyyət daşıyan Tayvan boğazı açıq qalmalıdır və buna görə də ABŞ hərbi qüvvələrinin orada iştirakı legitimdir" arqumentini irəli sürə bilər. Pekin məhz belə bir presedentin yaranmasını istəmir.

Göründüyü kimi, Çin, əslində, bir növ gələcəyə investisiya edir. Pekin bu gün İranın yanında dayanmaqla yanaşı, sabah Tayvan məsələsində öz əleyhinə işləyə biləcək presedentin yaranmasının qarşısını almağa çalışır. Bu baxımdan Çinin Hörmüz məsələsindəki mövqeyi yalnız İranla bağlı deyil, həm də Pekinin uzunmüddətli geosiyasi maraqlarını qorumaq cəhdidir".

                              

  

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
69 82 103 85 98 75

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.